İnternational Cadaver Academy Azerbaijanın təşkilatçılığı ilə Bakı Sağlamlıq Mərkəzində kadavr üzərində praktiki kurs keçirilmişdir.

İnternational Cadaver Academy Azerbaijanın təşkilatçılığı ilə Bakı Sağlamlıq Mərkəzində kadavr üzərində praktiki kurs keçirilmişdir. Təşkil olunan kursun iki günü əhatə edən proqramı əsasında həkimlər praktiki təcrübələrini genişləndirmək, texnikaları təkmilləşdirmək və xəstələrin xeyrinə prosedurların nəticələrini yaxşılaşdırmaq üçün əvəzsiz imkanlar qazandılar. Proqram çərçivəsində fərdi praktik iş, ekspert hesabatları ilə yanaşı, iştirakçıların bioloji nümunə üzərində işləmək şansları oldu. Baş tutmuş tədbirin spikerləri və qonaqları arasında Avtomonov V.Y. (Dermatoveneroloq, kosmetoloq, “Allergan aestetics an Abbie” şirkətinin beynəlxalq eksperti, “PEI FPE MGIDO”-nun müəllimi), Supilnikov A.A. (Elmi fəaliyyət üzrə birinci prorektor, "Reaviz" Tibb Universitetinin morfologiya və patologiya kafedrasının müdiri, tibb elmləri namizədi, dosent) və Terentyev A.Y. (“PEI DPO MGIDO”-nun direktoru, SRO Milli Estetik Tibb Klinikaları Assosiasiyasının direktoru (NAKEM) yer alırdı. Bakı Sağlamlıq Mərkəzi tədqiqat və elm sahəsində baş tutmuş bu proqrama ev sahibliyi etmişdir.

Diqər xəbərlər